Yaxın Dövr Ərzində İraq Türkmənləri

İraq Türkmənləri İraq içində: Musul, Kərkük, Ərbil, Duhok və Diyalə kimi yərlərdə yaşamaqdadırlar. Qəyd edək ki, hazırda İraq əhalisinin taxmini məlumatlara əsasən 8 faizə qədərini Türklər təşkil edir.

İraq Türkmənlərinə qarşı zamanla dövlətin münasibəti dəyişdi və qeyri-sabit bir yol izlədi. Ümumiyyətlə baxıldığı vaxt Türkmənlər mübarizələrində sülh tərəfli bir siyasət izləmiş ancaq İraq rəhbərliyi Türkmənləri assimilyasiya üçün xüsusilə 1980-ci ildən sonra təzyiqləri artırdı. Türkçe danışmaq qadağan edilmiş, minlərlə ev və kənd yıxılmışdır.

İraqin İran ilə müharibəsi ölkədə ümumi vəziyyəti pisləşdirirken Türkmənlərin vəziyyəti də çox çətinləməyə başladı. Bağdad rəhbərliyi Türkmənləri müharibənin cəbhədə ön saflarına yollayarkən, Türkmənlərin aparıcı kişilərini edam etdi.

1991-ci il Körfəz Müharibəsindən sonra müxalif qruplar kimi Türkmənlər də siyasi hərəkatını Türkmən mövcudluğunu qəbul etdirmək üçün böyük səylər xərclədi. İkinci Körfəz Müharibəsindən sonra isə Kürd partiyaları Türkmənləri öz tərəflərinə çəkməyə çalışmışlar ancaq Kürd qrupları, Türkmən davasına zərər vərə biləcək qədər təhlükəlidirlər. Kürdüstan Demokrat Partiyası Türkmənləri tanımadığı kimi, Kərkükün Türkmənlərin yaşadığı bir şəhər dəyil, təmamilə Kürd şəhəri olduğunu iddia edərək “Kürdüstanın ürəyi’ dəyə xarakterizə etməkdədirlər.

Körfəz Müharibəsi sonrası Birləşmiş Millətlər Təşkikatının Təhlükəsizlik Şurası qərarı ilə İraq torpaqlarında şimalda və cənubda təhlükəsizlik zonaları yaradılmışdı. Bu təhlükəsizlik zonaları yaradılırkən nəzəriyyədə şimalda Kürdlər və Türkmənlər, cənubda da Şiələr Səddam reciminin təzyiqlərindən qorunurdu ancaq bəylə olmadı. Cənubda qalan Kürdlər təhlükəsizlik zonasına daxil edildiyi halda şimalda qalan Türkmənlər daxil edilmədi. Türkmənlər bir tərəfdən Səddam reciminin təzyiqlərine məruz qalırkən, bir tərəfdən də Kürdlər arasında çətin günlər yaşamaya məhkum buraxılmış.

Əslində 2003-cü ildə ABD-ın İraqa müdaxiləsi yəni Səddam’ın yıxılması ilə İraqın hər dövründə əzilən Türkmənlər sevinmişlər ancaq İraqda inkişaf edən proses həyəcanlarını yarım buraxmışdır. ABD-ın İraq siyasətində Türkmənlərin adı bilə yoxdur.

İraqın düşməsindən sonra Kərkük və Musulu işğal edən Amerikan əsgərləri pəşmərgələrin bölgəyə girməsinə icazə verdilər və pəşmərgələr şəhəri günlərlə yağmaladı. Bölgədəki Türk şəxsiyyətini silməyə çalışdılar.

Bu gün, İraq Türkmən Cəbhəsi İraq Məclisində yalnız bir kürsü ilə təmsil edilməkdədir Bunda İraqda edilən seçkilərin ədalətli olmamasın böyük təsiri vardır. Siyasi təmsil baxımından Şiə Türkmənlər daha aktiv vəziyyətdədir. Zatən onların da bütün iştirakı İraqdakı Şiə qrupların siyasətə iştirakı üzərindən reallaşdı. Türkmənlərin kimsəsizliyi həqiqətən narahatlıq vericidir, eyni Təlafər soyqırımında olduğu kimi. Təlafər hər şeyiylə bir Türkmən şəhəridir. Təlafərdə peşmərgələr və Bədr gücləri tərəfindən Körfəz Müharibəsinin başlanğıcından bəri qırğın edilməkdədir. Evlərini tərk edən Türkmənlərin yerinə Kürdlər yerləşdirilməkdədir. Bu gün Türkmənlərin İraqda tək buraxılmalarının və hüquqlarının verilməməsinin İraqın qurulmasından bəri davam edən eyni siyasətin davamı olduğu dəyilə bilər.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Google fotoğrafı

Google hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap /  Değiştir )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.